Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2018
14:45
Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Oktyabrın 8-də Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb öz işinə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), eləcə də BMT-nın Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsinin (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC-nin və Milli Aviasiya Akademiyasının (MİA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, oktyabrın 13-dək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir. Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Tədbirdə AMEA, MAA, “Azərkosmos” ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, 22 ölkənin nümayəndələri də dinləyici qismində iştirak edirlər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə kosmik sahədə azərbaycanlı alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ölkəmizdə kosmik sahənin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. O, beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyası, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından olan tanınmış alim və mütəxəssislərin plenar və öyrədici məruzələrlə çıxışları nəzərdə tutulub.

Tədbir çərçivəsində “Azərkosmos” ASC, ŞAR və MAA-da elmi-təcrübə sessiyaları keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45030

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46615

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46235

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51751

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45884

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 21:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru