Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2018
15:49
Netanyahu ilə Putin görüşəcək

İsrail rejiminin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladamir Putinlə yaxın vaxtlarda görüşmək barədə razılaşıblar.

FaktXəbər-in məlumatına görə, bu barədə Netanyahu həftəlik Kabinet yığıncağında bildirib. 

Görüşün nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verməyən Netanyahu, Putinlə Rusiya və İsrail ordusu arasındakı təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Rusiya və İsrail arasında münasibətlər Suriyada içərisində 15 hərbçinin olduğu İl-20 təyyarəsinin vurulmasından sonra gərginləşib. Təyyarənin Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurulmasına baxmayaraq, Rusiya buna səbəbkarın İsrail olduğunu açıqlamışdı. Belə ki, Suriya HHQ-nin hədəfinə tuş gələn İsrailə məxsus F-16 qırıcıları İl-20 təyyarəsi arxasında gizlənərək raketlərin ona yönəlməsinə səbəb olmuşdu.

Məqalədə : Netanyahu Putin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
307

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
289

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
245

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 03:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru