Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
14:58
3274
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 37-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

37- DİN İNKİŞAFA MANEDİR

Qədimdən bəri dini bəşəri və ictimai inkişafın, irəliləyişin önündə əngəl kimi qəbul edən dairələr var. Xüsusilə 17-ci və 18-ci əsrlərdə Qərb cəmiyyətinin bu nöqtədə böyük dəyişiklik prosesinə daxil olduğu və "maarifçilik" kimi qəbul edilən fikir hərəkatının nəticəsi olaraq, xüsusilə Qərb düşüncəsinə istiqamət verən bəzi intellektualların dünyəviləşmə prosesini yaşadığını görürük.

Ziyalıların dini qurumlara baxışlarını, təsiri altında qaldıqları materialist-pozitivist fəlsəfələr müəyyən edib, elm qarşısında artıq dinin heç bir qüvvəsi qalmadığı inancını yayanlar müasir dinin elm olduğunu söyləyirlər. Onlar dini, ictimai həyatın və insan xəyalının məhsulu kimi görür və mənfəət əldə etmək arzusunun nəticəsi olaraq yaradıldığını düşünürlər.

Bəşər tarixinə baxdıqda dinin insanların mədəniləşməsi, inkişaf edib irəliləməsində olduqca həyatı əhəmiyyətə malik olduğunu görmək mümkündür. Peyğəmbərlərin göndərilməsi ilə birlikdə içində olduqları cəmiyyətlərin qısa zaman ərzində batil əqidə və əməlləri tərk etdikləri, ictimai, bəşəri və əxlaqi mənada üstünlük qazandıqları görünür. Bəşəriyyət tarixi düzgün şəkildə araşdırılsa, bu həqiqət açıq şəkildə ortaya çıxar.

Bununla yanaşı adətən dini, ya da inanclıları mürtəcelikdə ittiham edən dairələrin çox vaxt günahlandırdıqları şəxslərin "geridəqalmışlıqlarını" daha da geridəqalmış və fanatik şəkildə insanların inanclarına, geyim-keçimlərinə və həyat tərzinə müdaxilə ilə etdikləri, yalnız özləri kimi olan insanları adam saydıqları, özləri kimi olmayan insanları isə alçaltdıqları müşahidə olunur. Bu tip insanların mütərəqqiçilikdən anladıqları isə insanların inanc azadlığına qarışmağa, geyim haqlarını əllərindən almağa və inkubator insan modeli yaratmağa yönəlik dəyişiklikdir. Halbuki tarix səhnəsinin dəfələrlə açılıb bağlanan pərdələri bu oyunun insanların əksəriyyəti tərəfindən qəbul edilmədiyini açıq şəkildə göstərir.

Quranda 750 dəfə elm kəlməsi və törəmələri işlədilmişdir. Əlavə olaraq mənaca “oxumaq, düşünmək, ibrət almaq, ağıl, fikir, hikmət, ayə, zikr” kimi kəlmələrin də mövcudluğu nəzərə alınanda, Qurandakı hər dörd ayədən birinin elmlə əlaqəli olduğunu görə bilərik.

"...nə üçün onların hər bir cəmiyyətindən bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə pisliklərdən çəkindirsinlər..." ("Tövbə" surəsi, ayə 122)

Qurani-Kərimlə azacıq tanışlığı olanlar bunu həm də onun həqiqətən Allah tərəfindən göndərilməsinə dəlil saya bilərlər. Yalnız fikirlərinin doğruluğuna hədsiz dərəcədə əmin olan, sözlərində ziddiyyət və qeyri-dəqiqlik olmayan bir kitab elmə, məntiqə, təfəkkürə bu qədər çağırış edə bilər. Bu kitab möhtəşəm olaraq "Oxu!" sözü ilə başlayır ("Ələq" surəsi, ayə 1) və onda deyilir: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" ("Zumər" surəsi, 9)

Son olaraq İslam Peyğəmbərindən insanları elm öyrənməyə yönəldən bir neçə hədisi təqdim edirik:

- Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir.

- Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir.

- Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1559

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru