Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2018
11:43
Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA

Sosial şəbəkələrdə eks-müdafiə naziri Səfər Əbiyevin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.

Eks-nazirin dostları bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır.

“Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir”.

General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub. (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səfər Əbiyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com