Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
17:18
Autizmli uşaqlara “Nar”-dan dəstək

“Nar” əməkdaşları autizm spektr pozuntuları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-atelyenin qonağı olub və uşaqlarla görüşüb.

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi olublar. 

Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke də iştirak edib: ““Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri həyata keçirmək çox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində  cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”. 

Qeyd edək ki, “Kashalata” kafe Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla işləyən "Birgə və Sağlam"İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizmli uşaq var. 

Autizmli uşaqlara dəstək “Nar”-ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com