Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
14:22
Sumqayıt İcra Hakimiyyəti əvvəlki görkəminə qayıdacaq

“Sumqayıt İcra Hakimiyyətinin binası önündə yaşıllaşdırma ilə bağlı yeni gül kolları əkmişik. Hazırda sarmaşıqların əkilməsi effekt verməyə başlayıb və bitki böyüyür. Müəyyən vaxtdan sonra bina əvvəlki görkəminə qayıdacaq”.

Bunu Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Onun sözlərinə görə, əvvəlki bina qeyri-adi  bina idi.

“Hesab edirəm ki, yaxın illərdə sumqayıtlıların arzusu reallaşacaq, problemləri öz həllini tapacaq. Həmin yaşıllıqlar yenidən öz görkəminə qayıdacaq. Çünki həmin bina qeyri-adi bina idi. Ümumiyyətlə, yaşıllaşdırma işlərinin aparılması çox yaxşıdır”.

İcra başçısı Sumqayıtdakı yeniliklərdən də söz açıb.

“Sumqayıtda hər gün yeniliklər baş  verir. Sosial obyektlər, binaların fasadlarının təmiri, asfaltın yenilənməsi və quruculuq işləri davam etdirilir”-deyə Z.Fərəcov bildirib.

Xatırladaq ki, 1958-ci ildə tikilib istifadəyə verilən binada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşib. İnşaaat işləri başa çatdıqdan sonra – 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binanın birinci mərtəbəsinin həmişə nəmli olduğu müşahidə edilib. Bu, Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə əsaslandırılıb.

Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi “daş sarmaşıqları”, “plyuş” kolları əkilib.  

Nəticədə ümumi fasad tam yaşıl sarmaşıqla örtülüb. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınıb.

“Yaşıl bina”nın sarmaşıqları 2010-cu ildə həmin vaxt icra başçısı olan Vaqif Əliyevin dövründə hissə-hissə saralmağa başlayıb və az sonra örtük binadan götürülüb. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrildi.

O vaxt şəhər İcra Hakimiyyətinın açıqlamasında sarmaşığın ömrünü – vegetasiya dövrünü başa vurduğu üçün quruduğu bildirilmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
126

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
125

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
131

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
130

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
204

Azərbaycan nefti bahalaşır

20

Aprel
10:59
İQTİSADİYYAT
255

Neft yenidən bahalaşıb

20

Aprel
09:47
İQTİSADİYYAT
235

AMB-nin valyuta məzənnələri

20

Aprel
09:19
İQTİSADİYYAT
236

Növbəti buraxılış imtahanları keçiriləcək

20

Aprel
09:09
ELM / TƏHSİL
590

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 14:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru