Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
15:10
2544
`Azərsu`nun saytı istifadəyə verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi – www.azersu.az saytı yeni dizaynda və təkmilləşdirilmiş formada  istifadəçilərin ixtiyarına verilib. Saytın təkmilləşdirilməsi “Azərsu” ASC-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirdiyi addımlardan biridir. 

Azərbaycan və ingilis dillərində hazırlanmış saytın strukturu təkmilləşdirilərək ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi önəm verilib.

İnternet səhifəsində “Azərsu” ASC-nin fəaliyyəti, strukturu,  su təchizatı və kanalizasiya sektorunun tarixi, həyata keçirilən yeni layihələr, suyun keyfiyyəti, tullantı sularının idarə olunması, su təchizatı sahəsində qanunvericilik, abonentlərlə işin təşkili və s. mövzular barədə ətraflı məlumatlar yer alıb.  Saytın interaktiv xəritəsində “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi yaşayış məntəqələri barədə dolğun məlumatlar öz əksini tapıb.

Müasir dövrün tələblərinə uyğun olaraq saytın hazırlanması zamanı yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. İstifadəçilər “Azərsu” ASC-nin elektron xidmətlər portalında yerləşdirilmiş bütün elektron xidmətlərindən onlayn rejimdə istifadə edə bilər. Yeni saytda elektron xidmətlərə birbaşa keçidin təmin olunması həmin xidmətlərdən operativ istifadə etməyə imkan yaradır.

İlk dəfə olaraq Dövlət Xidmətləri Portalı yeni sayta inteqrasiya edilib və istehlakçılar bu xidmətlərdən də yararlana  bilərlər.  www.azersu.az  saytını mobil qurğularda  (ios, android) tətbiq etmək üçün müvafiq proqramlar işlənilib və istifadəçilərin ixtiyarına verilib. Saytda sosial şəbəkələrə keçid imkanları da təmin edilib.

Yeni formalaşdırılmış foto və video qalereya bölmələri Səhmdar Cəmiyyətin fəaliyyətinə dair geniş məlumat bazası ilə zənginləşdirilib.

Hazırda saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə : Azərsu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
207

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1158

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
719

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
305
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru