Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
08:45
Azərbaycanda oğlan uşaqları arasında ölüm halları azalıb

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların sayı azalıb.

Ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları azalıb.

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub.

2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub.

2016-cı ildə hər 1000 diri doğulana 15,4 oğlan uşağı, 11,9 qız ölümü düşürdüsə, 2017-ci ildə bu göstərici müvafiq olaraq, 15,3 və 11,9 olub.

2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

Qeyd edək ki, 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb./Trend

Məqalədə : uşaq ölümü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14867

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13522

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14920

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14544

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19895

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14399

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14527
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 13:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru