Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
17:22
3127
`Gilan İnşaat`ın tikdiyi kompleksdə üzlüklər qopub maşınların üstünə düşdü

“Gilan İnşaat”  şirkətinin Bakının Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 133A ünvanında  cəmi 4 il əvvəl istifadəyə verdiyi “Qoşa park” yaşayış kompleksindəki çoxmərtəbəli binaların fasad üzlüyü sökülüb dağıldığından ətrafdakılar üçün təhlükəli vəziyyət yaradır. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə  sonuncu küləkli havada dəmir üzlüklər qoparaq ərazidə park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə avtomobillərə ziyan dəyib, habelə sakinlərin özlərinə də təhlükə yaranıb.

Lakin “Qoşa park” kompleksinin problemləri bununla bitmir. Tikintisi 2006-cı ildə başlayan və 8 il davam edən, 407 mənzilli  premium sinif yaşayış kompleksində yeraltı qaraj və ya maşınların park edilməsi üçün dayanacaq da yoxdur. Sakinlər deyirlər ki, kompleksdən mənzil alarkən məhz yeraltı qaraj, əlavə dayanacaqlar, geniş, işıqlı həyət barədə  vədlərə inanıblar. Çünki bu barədə şirkətin rəsmi səhifəsindəki reklamlarda da bəhs olunurdu. Amma kompleksi inşa edən şirkət sakinləri yeraltı qarajlarla təmin etmək əvəzinə sakinlərə maşınları blokların qarşısında saxlamağa icazə veriblər. Nəticədə sakinlər yağışdan çıxıb yağmura düşüblər- binaya vurulmuş üzlük lövhələr küləyə davam gətirmədiyindən qopub düşür,  maşınlara ziyan vurur. İndi çoxları mənzilini aldıqları qiymətdən ucuza satlb köçməyə məcbur olur.

“Gilan İnşaat”  şirkətindən şikayətə münasibət bildirmək üçün əvvəlcə araşdırma aparacaqlarını söylədilər.

Şirkətin satış şöbəsinin adını söyləməyən əməkdaşı isə kompleksin yeganə probleminin yeraltı qaraj və dayanacaq olduğunu etiraf etdi. Onun sözlərinə görə, küləkli havada üzlüyün qopması mümkündür, sakinlər vaxtında məlumat versəydilər problem dərhal aradan qaldırılardı: “Dayanacaq üçün yaxınlıqdakı ərazi ilə bağlı danışıqlar aparılır, yəqin  problem tezliklə həll olunacaq”.

Qeyd edək ki, “Qoşa park” yaşayış kompleksinin “Facebook” səhifəsində də sakinlərin şikayətləri, narazılıqları yer alır.../virtualaz.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
157

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
86

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
104

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
559

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
121

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
190

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1185
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru