Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
14:55
Beynəlxalq ödəniş kartları ilə bağlı vacib - AÇIQLAMA

“Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib. FaktXeber.com-a “Azərpoçt” MMC-dən verilən xəbərə görüşün nəticəsi olaraq “Azərpoçt” MMC və PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.

Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız  “Azərpoçt” MMC-nin  və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.

Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər (“Western Union”, “Zolotaya Korona”, “Contact”, “Universal Payment Transfer”) üzərindən həyata keçirilir

Qeyd edək ki, 2010-cu ildən  etibarən Türkiyə ilə “Azərpoçt” MMC arasında onlayn pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.

Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda,  “Azərpoçt” MMC-nin emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə “MasterCard” loqolu “cobrand” kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur.

Məqalədə : Azərpoçt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
337

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
301

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
464

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
339

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
332

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
344
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru