Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
09:59
2090
Bu gün cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.

FaktXəbər-in məlumatına görə, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.

İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1199

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1366

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1817

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1113

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1462

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1197

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1813
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 02:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru