Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
09:55
5620
Sabiq nazirlər nə işlə məşğuldurlar?
Kimisi biznesmen, kimisi alim, kimisi də...

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır, bəziləri isə təqaüdə çıxır.

Sabiq vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə olunan keçmiş nazirin ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. İqtisad elmləri doktoru S.Müslümovun hansı ali təhsil və elmi tədqiqat müəssisəsində çalışdığı dəqiq məlum olmasa da, onun iqtisadiyyat sahəsində elmi araşdırmalar apardığı bildirilir.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Nazir təyinatına qədər müxtəlif vəzifələrdə, o cümlədən Hesablama Palatasının sədri postunda çalışan H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Eks-ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı “Qərbi Kaspi” universitetinə rəhbərlik edir. Onun eyni zamanda müalicə olunduğu, bu məqsədlə vaxtaşırı olaraq xarici dövlətlərdən birinin məşhur klinikasına üz tutduğu da söylənilənlər arasındadır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlamasında işsiz olduğunu desə də, iddialara görə bizneslə məşğuldur. Mətbuatda onun 270 min dollara yeni avtomobil almasına dair iddialar dolaşır. Qardaşı, keçmiş deputat Elton Məmmədov bu xəbərləri təkzib etsə də, keçmiş nazirin nə özü bu məsələyə hər hansı münasibət bildirmir.

Eks-rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviridir. Nazir təyin olunmazdan öncə akademik Əli Abbasovun AMEA rəhbəri seçiləcəyi gözlənilsə də, bu baş vermədi. Nazir təyin olunan Ə.Abbasovun yenidən AMEA sisteminə qayıdışı əslində gözlənilən idi.

Sabiq təhsil naziri Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direkoturudur. Eyni zamanda AMEA-nın müxbir üzvü olan Misir Mərdanov “Türk Dünyası Riyaziyyatçılar” Cəmiyyətinin sədridir. Cəmiyyətin icraçı direktoru isə akademik Fikrət Əliyevdir.(Azxeber)

Məqalədə : nazirlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
281

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
185

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
216

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
252

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
281

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
272

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
843

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
649
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 06:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru