Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
12:00
Təcili yardıma 500 min dəfə zəng gəlib

13 sentyabr Ümumdünya İlk Tibbi Yardım günü ilə əlaqədar Səniyyə Nazirliyi bəzi statistik göstəriciləri təqdim edib. FaktXəbər bildirir ki, cari ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 500 minə yaxın müraciət daxil olub. 

Bu müraciətlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqların xəstəxanaya yerləşdirilmə sayında isə artım müşahidə olunub. Belə ki, onlarla bağlı 57670 çağırış olub ki, onlardan da 7833-ü xəstəxanalara yerləşdirilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub.

Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya 1887 olub. 

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.

Məqalədə : Təcili yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
259

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 18:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru