Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
09:14
2415
“Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri

“Nar” sosial media vasitəsilə öz abunəçilərinə müştəri xidmətləri göstərən ən böyük yerli telekommunikasiya şirkətlərindən biridir. 

Bu barədə maətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda deyilir. Bildirilir ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər.

Sorğuların 25%-i ilk dəqiqədə, qalan müraciətlərin 83%-i isə ilk 10 dəqiqə ərzində cavablandırılır.“Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddətdə cavab alırlar. Ümumi müraciətlərin 81%-i “Nar”-ın “Facebook” səhifəsinə gəlir. 

Abunəçilər, bir qayda olaraq, hər hansı bir sual yarandıqda çağrı mərkəzinə müraciət edirlər. Lakin “Nar” abunəçilərinə alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksək keyfiyyətli xidmət göstərilir. İstifadəçiləri maraqlandıran suallar qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavablandırılır. Abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda “Nar” məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər. Bunun üçün onlayn müştəri xidmətinə müraciət etmək yetərlidir. 

Qeyd edək ki, rominqdə olan abunəçilər də “Nar”-ın bu unikal fürsətindən faydalanırlar.“Nar” öz abunəçilərinin ünvanladığı müraciətləri operativ şəkildə cavablandırmağa davam edir. 

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
59

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
218

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
29

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
31

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
59

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
34

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 16:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru