Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
14:03
AİP Məhərrəm ayının gəlişi ilə əlaqədar xalqımıza başsağlığı verib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Məhərrəm ayının gəlişi ilə əlaqədar xalqımıza başsağlığı verib.

Partiyanın mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

“Bu axşam hicri-qəməri təqvimi ilə ilin birinci ayı olan Məhərrəm ayı daxil olur. Fəzilətinə, mahiyyətinə görə Allahın fərqləndirdiyi ayların içərisində Məhərrəm ayı xüsusi yer tutur. Çünki bu ayın içərisində Məhərrəmin onuncu günündə Peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseynin (ə) Kərbəla qiyamı, İslam tarixinin unudulmaz Aşura günü - İmamın (ə) qətlə yetirildiyi gün vardır. Allah-Təalanın seçdiyi bu ay müsəlmanlar üçün də həmişə əziz tutulmuş, bu ayın bərəkətindən və rəhmətindən bəhrələnməyə çalışmışlar.

Qurani-Kərimin yüksək dəyərləndirdiyi Məhərrəm ayında 1400 illik bir tarixə malik Aşura mərasimi adlı bir məktəb yarandı - İmam Hüseyn (ə) məktəbi. Hər il və dünyanın hər yerində insanlar Aşura gününü acı göz yaşlarıyla yad edir, bu günün fəlsəfəsindən bəhrə aparırlar. 

İllər, əsrlər ötdükcə İmamın (ə) şəhadəti azadlığın mahiyyətini  bəşəriyyətə daha dərindən anlatmağa, mübarizliyin və zülmə qalib gəlməyin yolunu daha aydın göstərməyə səbəb olur. Tarix boyu əsarət altında inləyən bəzi dünya xalqları bu məktəbin dərkindən bəhrələnərək istiqlaliyyətlərini əldə edə biliblər. Çünki İmam Hüseynin (ə) 72 tərəfdarı ilə Kərbəlada göstərdiyi yenilməzlik təkcə İslamın aradan getməsinin qarşısını almaqla bitmədi. O, eyni zamanda insanlar üçün sönməz bir hidayət çırağı, nicat gəmisi oldu. Hər kəs ki, bu gəmiyə sakin olar, demək qurtuluş tapar. Odur ki, Məhərrəm ayında baş vermiş Kərbəla hadisəsi, Aşura günü bütün fəzilətləri və insanlıq üçün hidayət və yaxşılıqları ilə İmam Hüseynin (ə) və onun silahdaşlarının vücudunda açıq zühur etdiyi gündür. 

Xalqımız da dünya müsəlmanları, Əhli-Beyt aşiqləri kimi hər il Məhərrəm ayını hüzn ayı, Aşuranı Peyğəmbərdən (s) sonra İslamın qurtuluş günü, İmam Hüseynin (ə) şəhadətini zülmün ərşə yüksəldiyi, dünyanın ən ağır müsibət günü kimi yad edir. Bu günlərdə əza saxlamaq böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir müsəlman övladı üçün onun mənəvi zənginliyi, mübarizliyi, vətəninə, xalqına, dininə gərəkliyi üçün vacib sayılmalıdır. Çünki İmam Hüseyn (ə) məktəbini keçmədən zülmün artdığı, cəmiyyətlərdə haqqın və ədalətin bərpaya ehtiyacı olduğu, müsəlman dünyasının və müsəlmanların hər yerdə qanının axıdıldığı  dünyada mübarizə yolunu düzgün seçmək mümkünsüzdür. 

Bu gün İslama müxalif qüvvələr hiylə və fitnələri ilə dinimizi yaşadan onun bəşəri dəyərlərini, o cümlədən Aşura məktəbini zəiflətməyə çalışırlar. İnanırıq ki, onlar insanların İmam Hüseynə (ə) köksündə gəzdirdikləri eşq və sevgini, bu məktəbin bəhrəsi olaraq zalıma və zülmə kin və nifrətlərini  söndürə bilməzlər. Aşura xeyrin şər üzərində qələbəsi, bəşəriyyətin xilası olan İslam dininin qələbəsidir.

Biz bir daha əziz, heç zaman unudulmaz bəşəri hüzn və əza ayı - Məhərrəm ayının gəlişi münasibətilə başda İmam Zaman (ə.f) olmaqla xalqımıza, şəhidpərvər dünya müsəlmanlarına başsağlığı verir, əziz Azərbaycan Əhli-Beyt aşiqlərinə bu ayın bərəkətli anlarını, iman dolu əza və hüzn məclisləri, Allahdan tükənməz sevgi və mərhəmət diləyirik."

Məqalədə : Məhərrəm ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
572

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
177

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru