Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
11:39
ABŞ Fələstinlilərin Vaşinqtondakı ofisini bağlayır

ABŞ-da Donald Tramp rəhbərliyinin Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatı (FAT) ofisini bu gün verəcəyi bəyanatla bağlanacağı bildirilib.

FaktXəbər bildirir ki, Amerikanın "Wall Street Journal" qəzetində yer alan və yüksək səviyyəli Ağ Ev rəsmilərinə istinadlı xəbərdə, açıqlamanı Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun edəcəyi qeyd edilib.

Məlumatda Boltonun üçün hazırlanmış çıxışn mətnindən də bir hissə dərc edilib.

ABŞ-ın Fələstin qaçqınlarına yardımı kəsməkdə əsl hədəfi - ANALİZ

Boltonun, "ABŞ dost və müttəfiqimiz İsrail ilə hər zaman yan-yana durur. Fələstinlilər İsrail ilə birbaşa və mənalı danışıqlara başlamağı rədd etdiyi üçün Tramp rəhbərliyi bu ofisi açıq saxlanmayacaq", - deyəcəyi qeyd olunub.

Digər tərəfdən, eyni açıqlamada Boltonun ABŞ və İsrailə qarşı istintaq başladılması halında Beynəlxalq Haaqa Məhkəməsinə (ICC) qarşı sanksiya qərarı veriləcəklərini söyləyəcəyi də qeyd edilib.

Məsələ ilə bağlı Ağ Ev və ya Xarici İşlər Nazirliyindən dəqiq açıqlama verilməyib. Boltonun vercəyi bəyanatla ABŞ-ın Yaxın Şərq Sülh prosesinə necə təsir edəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ rəhbərliyi Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) verdiyi maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı verib.

ABŞ prezidenti Donald Tramp ötən həftə verdiyi bir açıqlamada Fələstin rəhbərliyinin ABŞ-ın vasitəçiliyi altında İsrail ilə keçirilməsi nəzərdə tutulan sülh danışıqlarına qatılmağı qəbul edənə qədər Fələstinə maliyyə yardımı etməyəcəklərini deyib.

Tramp rəhbərliyinin "Əsrin müqaviləsi" adlandırdığı və İsrail-Fələstin məsələsini həll etməyi hədəfləyən plan üzərində işlədiyini açıqlamışdı. Fələstin prezidenti Mahmud Abbas isə planı "əsrin zərbəsi" kimi qiymətləndirmiş və Amerikalı rəsmilərlə görüşü rədd etmişdi.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
210

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
221

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
231

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
301

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
235

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
283

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
480

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
395
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 03:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru