Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
12:12
Fələstinli cəsur qız Təmimi və ailəsinə ölkədən çıxış qadağası

İsrail rejiminin hüquq mühafizə orqanları "Hənzələ" cəsarət mükafatının sahibi olan 17 yaşlı fələstinli cəsur qız Əhəd Təmimiyə, anası Nərimana və atası Basimə ölkədən çıxış qadağası qoyub.

FaktXəbər-in məlumatına görə, Əhədin atası Basim Təmimi "Anadolu" agentliyinə açıqlamasında, ailəsinin İordaniyadan keçməklə Avropa ölkələrinə səyahət etməyi, Fələstin xalqının müqavimətini və İsraildə həbs təcrübəsini izah etmək üçün bir sıra tədbirə qatılmağı planlaşdırdığını bildirib.

Basim Təmimi İsrail tərəfindən tətbqi edilən çıxış qadağası barədə məlumatı Fələstin Mülki İşlər Şöbəsinin rəhbərliyindən aldıqlarını deyib.

Qadağanın nəyə görə tətbiq olunmasına dair onlara hər hansı bir məlumat verilməyib.

Xatırladaq ki, Əhəd Təmini və anası Nəriman 8 aylıq həbs müddətindən sonra 29 iyulda azadlığa buraxılıblar.

İsrail əsgərləri Əhədi 19 dekabr 2017-ci il tarixində Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra həbs etmişdilər. Anası Nərimanı isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallahın şərqindəki nəzarət məntəqəsində həbs etmişdilər.

Onlar İsrail əsgələrini vurmaq ittihamı ilə mühakimə edilirdilər.

Məqalədə : Fələstin Əhəd Təmimi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
256

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
269

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
272

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
347

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
277

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
309

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
511

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
432
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 07:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru