Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
17:15
Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq

"Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq". Bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 

"O ki qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir", - o qeyd edib.

Xanım prezident bildirib ki, "Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır: "Mən eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz, həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm. Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik. Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm"/Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
297

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
753
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 08:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru