Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
11:57
Nazirlikdə `Qaynar xətt` yaradıldı

Energetika Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin olunması, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə “974” Çağrı Mərkəzi istifadəyə verilib.

Nazirlikdən FaktXəbər-ə bildirilib ki, Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilər.

Vətəndaşlar tərəfindən Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçiriləcək.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı irad və təkliflərini [email protected] ünvanına göndərə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com