Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
11:53
Fələstin Paraqvayda səfirlik açır, İsrail isə bağlayır

Fələstin xarici işlər naziri Riyad Əl-Maliki verdiyi yazılı açıqlamada Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə Paraqvayda səfirlik açılacağını bildirib.

FaktXəbər-in Fələstin rəsmi xəbər agentliyi olan WAFA-ya istinadən məlumatına görə,  Fələstinin XİN rəhbəri Maliki Fələstin dövlətinin Paraqvayın İsrail səfirliyini yenidən Qüdsdən Təl-Əvivə köçürmək qərarını təqdir etdiyini də vurğulayıb.

Maliki açıqlamasında bir çox ölkəyə bu prinsipial mövqeyinə görə Paraqvayda səfirlik açmaq çağırışı edərək, Paraqvaydan olan həmkarı Luis Alberto Kastiqlioni ilə birlikdə Fələstin səfirliyinin açılması üçün müzakirə aparacağını deyib.

İsrail rejiminin rəhbərliyi isə Paraqvayın İsraildəki səfirliyini Qüdsdən Təl-Əvivə köçürəcəyi açıqlamasından sonra Paraqvay səfirliyini bağlamaq qərarı verib və səfiri məsləhətləşmələr üçün geri çağırıb.

Qeyd edək ki, Paraqvay XİN rəhbəri Luis Alberto Kastiglioni bu gün verdiyi bəyanatda may ayında Qüdsə köçürülən İsraildəki səfirliklərinin yenidən paytaxt Təl-Əvivə qaytarılacağını bildirərək, "Paraqvay Yaxın Şərqdə geniş, ədalətli və daimi sülhə nail olmaq üçün regional diplomatik səylərin cəmləşməsinə kömək etmək istəyir", - deyə bildirmişdi.

Xatırladaq ki, Paraqvay ABŞ və Qvatemaladan sonra 21 mayda Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmüşdü.

Məqalədə : Fələstin Paraqvay 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
261

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
274

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
277

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
352

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
282

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
314

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
516

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
437
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 08:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru