Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
12:06
Tramp Pentaqona Əsədi öldürməyi əmr edib

2017-ci ildə Tramp ABŞ-ın müdafiə naziri  Ceyms Mettisə Suriya prezidenti Bəşər Əsədi öldürməyi əmr edibmiş. FaktXeber.com-un məlumatına görə, bu barədə The Washington Post –un redaktoru Bob Vudvord özünün "Qorxu: Tramp Ağ Evdə" kitabında yazıb. Kitabdan bəzi hissələr çərşənbə axhamı günü dərc olunub.

"Lənət şeytana, gəlin onu öldürək! Gəlin bunu edək! Lənət şeytana, gəlin onların hamısını öldürək", - deyə Tramp senzuradan kənar sözlərin müşaiyyəti ilə telefonla qışqırırmış.

Mettis dərhal bu işlə məşğul olacağına söz vermiş, sonra isə dəstəyi yerə qoyaraq köməkçilərinə "biz bunların heç birini etməyəcəyik. Biz daha diqqətli hərəkət edəcəyik” deyib.

Bundan sonra  Suriyaya qarşı bir neçə hərbi əməliyyar  veriantları hazırlanır, onlardan biri Tramp tərəfindən qəbul olunur.

Tramp özünün Tvitter səhifəsində  kitabda çoxlu yalan və saxta mənbələrin olduğunu, deyilənlərin isə müdafiə naziri Ceyms Mettis tərəfindən təkzib olunduğunu bildirib.

Məqalədə : Tramp Əsəd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54697

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52799

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54210

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53939

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59364

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53629

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54000
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 03:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru