Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
09:54
Kartofa gömrük rüsumu artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilib. 

Qeyd edək ki, bu dəyişiklik “təzə, yanvarın 1-dən iyunun 30-dək” və “digər” mal nomenklaturası üzrə idxala şamil olunur ki, burada da kartof və digər məhsullar nəzərdə tutulur.  Qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir. 

Diqqətə çatdıraq ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.

Yeni rüsumlar 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Məqalədə : kartof rüsum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
233

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
13:43
İQTİSADİYYAT
261

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
290

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
266

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 19:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru