Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
12:23
2998
Səudiyyə Yəməndə uşaqlarla dolu avtobusu vurduğunu etiraf etdi VİDEO (18+)

Səudiyyə başda olmaqla koalisiya qüvvələri Yəməndə məktəb avtobusunu vurduğunu etiraf edib. Onlar uşaqlarla dolu ictimai nəqliyyatı "səhvən bombaladığını" deyib. FaktXeber.com-un EuroNews-a istinadla məlumatına görə, Saada əyalətində həmin bombardmanı araşdıran Mansur əl Mansur  təqsirkarları cəzalandırmağa və zərərçəkənlərə humanitar yardım verilməsinə çağırıb.

Xatırladaq ki, Yəmənin Saada əyalətinin Dahian  şəhərində uşaqlarla dolu avobus Səudiyyə başda olmaqla Koalisiya Qüvvələrinin aviazərbələrə məruz qalmışdı. Beynəlxalq  Qırmızı Xaç Cəmiyytəinin  məlumatına görə, nəticədə 40-ı uşaq olmaqla 51 nəfər həyatını itirib.

CNN öz araşdırmasının nəticəsi olaraq bildirib ki, bomba ABŞ-da hazırlanıb və Səudiyyə Ərəbistanına satılıb.

Xəbərdən dərhal sonra Ərəb koalisiyası  israrla legitim hədəflərə aviazərbələr endirdiklərini bildirirdilər. Lakin sonra bombardmana həmin vaxt şəhər bazarından keçən uşaqlarla dolu avtobusun məruz qaldığı barədə  çoxlu şahidlər çıxdı.

Human Rights Watch baş verənləri müharibə cinayəti adlandırıb. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə yaradılan beynəlxalq Yəmən heyəti müharibənin hökm sürdüyü ölkədə fərari prezident Mənsur Hadinin və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müharibə cinayəti törətdiyinə dair əsaslar olduğunu açıqlayıb. 

Qeyd edək ki, CNN bombardmandan əvvəl uşaqların son görüntüləri barədə videonu paylaşmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-03-2019 10:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com