Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
09:10
Biləsuvarda 92 ədəd partlamamış hərbi sursat, Xocavənddə isə raket aşkarlanıb

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan FaktXeber.com-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 92 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib. Son 2 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 630 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 75 000 kv.m əraziyə yerüstü baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Bundan başqa, sentyabrın 2-də saat 09:37-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Agentlikdən bildiriblər ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş məkanda “KRAUN KO.R” MMC-nin ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan gətirilmiş 1 ədəd olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumiyyətlə, avqust ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Biləsuvar, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, Lənkəran, Masallı, Tərtər rayonlarında və Gəncə şəhəri ərazisində 538 min 518 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 1192 ədəd partlamamış hərbi sursat və 7 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Əməliyyatlara 483 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 530 milyon 54 min 169 kvadratmetr ərazi təmizlənib, 798 min 295 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Avqustda Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin hər birindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 7610 kvadratmetr ərazi təmizlənib. İyirmi ədəd partlamamış hərbi sursat və altı ədəd tank əleyhinə mina aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ötən ay bir mina hadisəsi qeydə alınıb, nəticədə iki mülki vətəndaş bədən xəsarətləri alıb.

Xocavəndin Qaradağlı kəndində aşkarlanan raket

Məqalədə : ANAMA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53680

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51823

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53298

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53033

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58368

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52631

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53022
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 04:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru