Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
13:56
Bakıdan Kislovodska avtobus reysi açılır

Sentyabrın 13-də etibarən hər həftənin 4-ci günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək.

Qurumdan FaktXəbər-ə verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır.

Biletin bir istiqamətə qiyməti 70.00 AZN təşkil edir.

Bakı-Yessentuki – Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə onlayn qaydada və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) kassalarından əldə etsinlər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, sərnişin sıxlığı çox olarsa, əlavə reys açıla bilər.

Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə : avtovağzal Kislovodsk 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4190

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2939

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2334

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1974
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 01:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru