Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
13:31
Dünya Müsəlman Alimlər Birliyindən BMT-yə müraciət

Dünya Müsəlman Alimlər Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) Myanmada Arakanlı müsəlmanlara qarşı törədilən cinayətlərin Beynəlxalq Haaqa Tribunalına çıxarılması çağırışını edib.

FaktXəbər-in məlumatına görə, birlik tərəfindən yayımlanan yazılı açıqlamada Arakanlı müsəlmanların 6 ildən çox müddətdir çəkdikləri əziyyət, məruz qaldıqları öldürülmə, təcavüz, deportasiya və soyqırımlarına diqqət çəkilib.

Arakanlı müsəlmanların bu gün dünyada ən çox zülmə məruz qalan xalqlardan olduğunun vurğulandığı açıqlamada, BMT-yə bağlı müstəqil araşdırma missiyasının Myanmada törədilən cinayətlərlə bağlı verdiyi qərarların təqdirlə qarşılandığı bildirilib.

Açıqlamada beynəlxalq aləmdən Myanma hökumətinə təzyiq çağırışı edilib.

BMT tərəfindən yaradılan Beynəlxalq Myanma Müstəqil Araşdırma Missiyası avqustun 27-də verdiyi bəyanatla Myanma ordusunun (Tatmadav) Baş Qərargah rəisi Min Aunq Hlainqin də aralarında olduğu yüksək rütbəli ordu mənsublarının Arakanlı müsəlmanlara etdiyi soyqırımı ilə əlaqədar Beynəlxalq Haaq Məhkəməsində mühakimə olunmasını istəmişdi.

Məqalədə : BMT Myanma Arakan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54682

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52779

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54179

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53919

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59339

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53609

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53978
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-12-2020 20:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru