Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
13:04
Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığı bildirilir

İsrail polisi 4000 nömrəli telekommunikasiya korrupsiya araşdırması ilə bağlı rejimin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığından şübhələnildiyini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, İsrail Daşınan Qiymətlər Komissiyası rəsmiləri və polis Binyamin Netanyahudan 4 saat ifadə alıblar.

İfadədən sonra polis Netanyahunun həyat yoldaşı Sara və oğlu Yairin sözügedən işdə rüşvət aldığı nəticəsinə çatıb.

Eyni istintaq çərçivəsində bundan əvvəl də bir neçə dəfə ifadəsinə müraciət edilən Netanyahunun "Bezeq" media şirkətinə özü lehinə xəbər hazırlamaq qarşılığında pul verdiyi bildirilir.

Bundan əlavə, Netanyahuya yaxın iki nəfər də sözügedən istintaq çərçivəsində həbs olunub.

İstintaq zamanı ifadə verən və Netanyahu ilə "Bezeq" firması arasında əlaqəni təmin bildirilən Netanyahunun keçmiş mətbuat müşaviri Nir Hefetz "Bezeq" firmasına məxsus "Walla News" adlı internet saytında Netanyahu xeyrinə xəbərlərə yer verildiyini, bunun qarşılığında da "Bezeq" firmasının maliyyə imtiyazlar əldə etdiyini söyləmişdi.

Haqqında 4 ayrı korrupsiya araşdırması olan və bu istintaqlarda ən azı 10 dəfə ifadə verən Netanyahu, "iş adamlarından bahalı hədiyyələr almaqda", ""Yedioth Ahronoth" sahibi və naşiri Arnon Moses ilə öz xeyrinə nəşr etməsi üçün bazarlıq etməkdə" və "Almaniyadan alınan sualtı gəmilərdə korrupsiyada" ittiham edilir.

Məqalədə : Netanyahu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47164

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45385

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46940

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46565

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52131

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46257

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46713
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 16:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru