Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2018
16:21
Səyyar “ASAN xidmət”in növbəti ünvanları

Səyyar “ASAN xidmət” avqustun 1-dən 30-dək Astarada, sentyabrın 3-dən 22-dək Neftçalada, sentyabrın 3-dən 17-dək Ələt, Şəmkir, Ceyranbatanda, sentyabrın 3-dən oktyabrın 2-dək İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, sentyabrın 3–dən 27-dək Qazaxda vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən FaktXəbər-ə bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə : ASAN xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutuldu

24

Fevral
11:28
HÜQUQ,HADİSƏ
160

Azərbaycan əsgəri şəhid olub

24

Fevral
11:27
BÖLMƏNİ DÜZ SEÇ!
610

Bu ərazidə qaz olmayacaq

24

Fevral
10:10
ÖLKƏ
260

Dəməşq raket hücumuna məruz qalıb

24

Fevral
10:08
DÜNYA
331

Abşeronda güclü yanğın başlayıb

24

Fevral
09:31
HÜQUQ,HADİSƏ
419

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

24

Fevral
09:17
İQTİSADİYYAT
315

Türkiyədə yenə də zəlzələ olub

24

Fevral
09:09
DÜNYA
348
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru