Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2018
15:11
Məkkədəki bəzi azərbaycanlı hacıların səhhətində problem yaranıb

“Həcc ziyarətinin bütün əməlləri yerinə yetirilib və azərbaycanlı hacılar avqustun 23-də Minadan Məkkəyə qayıdıb". 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hacılar avqustun 29-na kimi Məkkədə qalacaq və gündəlik namazları qılacaqlar.

H.Babayev bildirib ki, hazırda azərbaycanlılar arasında ağır xəstə yoxdur: “Sadəcə, insanlar arasında bir az soyuqdəymə halları qeydə alınıb. Bu da təbiidir. Hətta özüm də soyuqlamışam. Çünki isti havaya çıxıb hotelə geri qayıdanda soyuq su içir və kondisionerli otaqda oluruq. Ümumilikdə isə hər şey qaydasındadır. Hər kəsin əhval ruhiyyəsi yaxşıdır”.

QMİ rəsmisi vurğulayıb ki, azərbaycanlı hacılar avqustun 29-dan etibarən Mədinəyə yola düşəcək: “Sentyabrın 1-də isə üç reys olmaqla Bakıya geri dönüşlər həyata keçiriləcək”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər. 

Məqalədə : azərbaycanlı hacılar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
482

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
316

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
322

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
305

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
300

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 04:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru