Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
15:25
Zərif: ABŞ İranda çevriliş xəyalını qurur

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 1953-cü ildə İranda həyata keçirilmiş dövlət çevrilişinin ildönümü münasibətilə bağlı tvitter hesabından fikrini açıqlayaraq ABŞ-ın həmin çevrilişi təkrarlamaq istədiyini bildirib.

FaktXəbər-in məlumatına görə, Cavad Zərif belə yazıb:

"65 il əvvəl, bu gün ABŞ xalqın seçdiyi mərhum Dr.Musəddiq hökumətini devirərək diktator rejiminin yenidən güclənməsini təmin etdi və 25 il ərzində İran xalqını suverenliyi altına aldı. Bu gün isə ABŞ rəhbərliyi təzyiq, yalan və demaqogiyanı özündə əks etdirən "fəaliyyət planı" vasitəsilə eyni layihəni təkrarlamaq istəyir. Bir daha əsla!"

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cavad Zərif İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 10:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com