Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2018
16:36
Şimal bölgəsində 21 məktəb üçün modul tipli bina quraşdırılır

Şimal bölgəsində 21 məktəb üçün yeni modul tipli bina quraşdırılır.

Şagird sayı 100-dək olan bu təhsil ocaqlarının yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Quba rayonunun Alıc kəndində də 40 yerlik modul tipli binanın quraşdırılması işləri aparılır. İbtidai məktəb binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunacaq.

2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki, şimal bölgəsində yeni tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulan 21 modul tipli məktəb binasının əksəriyyətində quraşdırma işlərinə başlanılıb. Qubada 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3, Siyəzəndə isə 2 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Rük, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıcqışlaq, Qaracəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın isə Xəlfələr, Qazbabalı kəndləri və Şabran şəhər 1 nömrəli məktəbin şagirdləri müasir binada təhsil alacaqlar. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 03:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com