Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
15:20
Nazarbayev sammitin yekun sənədini Xəzər dənizinin Konstitusiyası adlandırıb

Qazaxıstan prezidenti Nürsultan Nazarbayev “Beşlik” ölkələrin liderləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə imzalanan  Konvesiyanı regionda təhlükəsizliyin zəmanəti olan sənəd adlandırıb.

“Konvesiya bir növ Xəzər dənizinin Konstitusiyasıdır, o sahilyanı ölkələrin hüquqları və vəzifələri  ilə bağlı kompleks sualları nizamlayır, həmçinin təhlükəsizliyin, sabitliyin və bütün regionda çiçəklənmənin təminatıdır”, - deyə o, vurğulayıb.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan  prezidentləri Xəzərin hüquqi statusuna həsr olunmuş “Xəzər Beşliyi” sammitinin gedişində yekun sənəd imzalayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nazarbayev Xəzərin statusu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 10:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com