Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
12:28
AİP: Dünya ictimaiyyəti görməzlik və eşitməzlik sindromundan xilas olmayınca...

Azərbaycan İslam Partiyası ərəb koalisiya qüvvələrinin yəmənli körpələri bombardman etməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Qurumun Mətbuat Xidməti tərəfindən yayımlanan bəyanatda deyilir:

“Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya qüvvələrinin ötən gün yəmənli məktəbliləri daşıyan avtobusu bombalaması nəticəsində həyatlarını itirən körpələrin sayı 50 nəfəri ötdü. Hava basqını nəticəsində yaralanan uşaqlartın sayı səksənə yaxındır.

Yəməndə uşaqlarla dolu avtobus

Səudiyyə tərəfindən vuruldu Foto-Video (18+)

Yəmənin Saada əyalətinin Dahyan rayonunda məktəblilərin qətliam edilməsi bəşəriyyətin faciəsi kimi qiymətləndirilməlidir. Bana faşizmin qayıdışından, İslam dininin özünü müsəlman adlandıranlar tərəfindən bütün insani və bəşəri keyfiyyətlərinin Səudiyyə krallığı tərəfindən açıq-açığına inkar edilməsindən başqa ad vermək mümkün deyil.

Həcc ziyarəti ərəfəsində beynəlxalq sionizm və İslamın düşməni olan digər imperiya qüvvələrinin arzu və istəklərini yerinə yetirən Səud rejimi başqa sözlə bu qeyri-insani vərdişlərilə öhdəlikllərinə əməl edir. Müsəlmanları qətliam üçün ABŞ tərəfindən yaradılmış, Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi koalisiya yaxın üç il ərzində bombardmanlar nəticəsində on mindən artıq uşaq və qadını məhv etmişdir. Ölənlərin ümumi sayı isə əlli mini ötməkdədir.

Hesab edirik ki, insanların yaşamaq haqqını əllərindən alan, müsəlmanları soyqırıma məruz qoyan rejimlərin sonu yetişməkdə olsa da, beynəlxalq təşkilatlar, BMT insanlığın bu mənəvi tənəzzülünə ciddi reaksiya verməli, dünyanın qorxulu kabusdan xilasına səylərini artırmalıdır. Dünya ictimaiyyəti görməzlik və eşitməzlik sindromundan özünü xilas etməyincə planetimizin cəhənnəmə dönməsi dalğası davam edəcək.

Azərbaycan İslam Partiyası dünyanın sağlam qüvvələrini, beynəlxalq bəşəriyyəti, insanlıqdan payı olan hər kəsi, hər bir müsəlmanı dünyanın ən böyük faciə müəllifi olan yezid (l)-ın törəmələrini insanlığın xilası naminə geri oturtmağa, onlara layiqli cavab verməyə çağırır. Biz eyni hadisələri son günlərdə Qəzzada günahsız fələstinli uşaq və qadınlara qarşı təkrar edən sionist İsrail rejiminin yetişdirdiyi cəlladlara ciddi əks zərbələr yetirmək üçün insan təəssübkeşlərini qüvvələrini birləşdirərək vuruşmağı həyati vacib şərt hesab edirik.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com