Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
16:39
4310
Ölkədə əhalinin ərzaq məhsulları üzrə xərci artıb

2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 20,1 mlrd. manata bərabər olub.

FaktXəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 10,0 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,2% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 %-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3%-i ticarət müəssisələri, 50,6%-i fərdi sahibkarlar tərəfindən, 33,1%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 34,4% artıb, fərdi sahibkarlar üzrə 1,5%, bazar və yarmarkalarda 2,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Məqalədə : ərzaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
39

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
55

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
410
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru