Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
16:13
4580
Abituriyent Mərkəzləri digər günlərdə də işləyəcək

Ali təhsil müəssisələrinin ixtisas seçimi avqustun 13-də başa çatır. Bunu nəzərə alaraq abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri işlərini avqustun 11-12-də də davam etdirəcək.

Bu barədə "FaktXərə"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyent Məsləhət Mərkəzləri qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetinin əsas binasında fəaliyyət göstərəcək.

Mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Bakıdakı Abituriyent Məsləhət Mərkəzləri Azərbaycan Universiteti, Qərbi Kaspi Universitetində (Əsas bina) yerləşir. Dövlət İmtahan Mərkəzinin regional bölmələrindən isə Naxçıvan MR regional bölməsi, Göyçay regional bölməsi, Şəki regional bölməsi, Xaçmaz regional bölməsi, Lənkəran regional bölməsi, Gəncə regional bölməsi, Şirvan regional bölməsi, Bərdə regional bölməsi, Şəmkir regional bölməsində Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.

Məqalədə : təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
39

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
55

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
411
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 18:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru