Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
12:14
“Taliban” yaraqlıları Qəzni şəhərinə hücuma keçib

“Taliban” yaraqlıları Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçib. FaktXəbər bildirir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb. 

Məlumata görə, silahlılar bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışırlar.

Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb. 

Qeyd edək ki, əyalət şurasının nümayəndəsi Həmidullah Novruzi telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri “Taliban” hərəkatının nəzarətinə keçəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Taliban 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com