Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2018
17:16
“Bu ay işıq pulu çox gəlib” iddialarına - Rəsmi cavab

Bu gün sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb. 100-dən çox istifadəçi eyni məzmunlu şikayətlərində elektrik enerjisinin bu aykı sərfiyyatında şübhəli məqamların olduğunu qeyd ediblər. Belə ki, iddiaya görə, iyun ayı ilə müqayisədə iyul ayında da eyni dərəcədə məişət avadanlıqlarından istifadə etsələr də, ötən ay işıq pulu çox gəlib.

FaktXəbər bildirir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün “Azərişıq”a müraciət edib. Qurumun sözçüsü Tanrıverdi Mustafayev burada hər hansı şübhəli məqamın olmadığını bildirib: “Elektrik enerjisindən istifadəyə görə təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tafir Şurasının qərarı ilə 300 kilovattdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.

T.Mustafayev “Azərişıq” tərəfindən quraşdırılan və hazırda vətəndaşların istifadə etdiyi sayğaclara kibermüdaxilənin də qeyri-mümkün olduğunu bildirib: “Hər şey nəzarət altındadır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : işıq pulu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 11:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com