Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2018
14:49
`Gömrük rüsumlarının artımı qiymətləri bahalaşdıracaq`

Xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib. Nəticədə sentyabrın 6-dan etibarən Azərbaycanda gömrük yığımlarının məbləğləri artırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov sözügedən dəyişikliyi şərh edərkən bildirib ki, gömrük yığımlarının 50 faiz artımı daxili bazara təsirsiz ötüşməyəcək.

Sitat: "Ümumi götürdükdə, buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək. Düzdür, Azərbaycanda idxal-ixrac əməliyyatlarında, ixrac idxalı üstələyir. Hardasa, ölkəmizdə istehsal da var. Bütün bunlara baxmayaraq, xaricdən Azərbaycana kifayət qədər məhsul idxal edirik. Ona görə də, gömrük rüsumları artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Yəni, bunun hansı səviyyədə olacağını bazar göstərəcək. Ümumi götürəndə, əlbəttə, Azərbaycanın daxili bazarındakı qiymətlərinə təsiri qaçılmazdır.

Tanınmış iqtisadçı və deputat əlavə edib ki, gömrük yığımlarının artırılmasının səbəbləri var:

"Gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur. Birincisi, bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Bu məbləğin dövlət büdcəsinə yığılıb, köçürülməsi üçün gömrük tərəfindən mənbəyi axtarılır və nəticədə tapıldı".(unikal.org)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vahid Əhmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 12:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com