Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2018
14:36
Yəmənə qarşı `Əl-Qaidə` və Ərəbistanın əlbirliyi

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə "Əl-Qaidə" ilə razılığa gəlib və terror təşkilatının üzvlərinə pul ödəyir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Associated Press-in apardığı araşdırma zamanı məlum olub. Xəbərə görə, amerikalı bir rəsmi "Əl-Qaidə" terror təşkilatının  Yəməndəki komandirlərindən Adnan Raziık ilə görüşdükdən sonra belə bir açıqlama verib.

Kanal bildirir ki, Razik Səudiyyə koalisiyasından "Əl-Qaidə" terrorçularına ödəmək üçün  milyonlarla dollar pul aldığını etiraf edib.

Nəşrin araşdırmasına görə, Səud rejiminin Yəmənin cənubunda terrorçuları öz xidmətinə alıb: belə ki, ən azı 250 terrorçu BƏƏ-nin  dəstəklədiyi güclərə qatılıb.

"Əl-Qaidə" komandiri Razik, Səudiyyə koalisiyasından milyonlarla dollar pul aldığını etiraf edib

Qeyd edək ki, bundan əvvəl İsrailin Haaretz qəzti  Yəməndə müharibənin uzandığına işarə edərək, Səudiyyənin Amerikadan ən müasir silahları və kəşfiyyat məlumatlarını aldığını bildirmişdi. Qəzet rəsmi Ər-Riyadın iddialarının əksinə koalisiya qüvvələrinin bu günə qədər Yəmənin cənubundakı "Əl-Qaidə"yə qarşı heç bir hücum həyata keçirmədiyini vurğulamışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əl-Qaidə Səudiyyə Yəmən 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com