Qarabağa olan 900 metrlik sevgimizin görüntüləri - FOTO-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2018
15:20
3693
Qarabağa olan 900 metrlik sevgimizin görüntüləri - FOTO-VİDEO

Qarabağ...

Bu ad bizim üçün hər şey olmalıdır. 

Amma elədirmi?

Nə qədər sevirik Qarabağı?

Qarabağ barədə hər birimiz ağız dolusu nə qədər desələr danışa bilərik. Tarixindən, mədəniyyətindən, təbiətindən, şəxsiyyətlərindən...

Dəyişən isə heç nə yoxdur. Elə bil, Qarabağı unuduruq. Unuduruq deyəndə ki, son zamanlar bu barədə az danışırıq. Əvvəllər rayonlarımızın işğal gününə bir neçə gün qalmış başlayırdıq bu barədə danışmağa. Amma indi bir dənə işğal günü danışırıq. O da danışsaq. Həmin gün televiziyalarımız da çal-çağırından əl çəkmir. Bəzən heç yadlarına da düşmür.

Bu qədərmi sevirik Qarabağı?!

Məncə yox! Çox sevirik. Amma biz də qəribə xalqıq, sevgimizi bəzən büruzə vermək istəmirik, ürəyimizidə sevirik. Ürəyimizdə sevgi isə ümumi işlərimizə zərər verə bilər, necə ki, verir. Sanki utanırıq Qarabağdan danışmağa, amma unuduruq ki, bu utancaqlığımız övladlarımıza da sirayət edir. Lakin övladlarımıza təkcə bizim utancaqlığımız deyil, gündəlik həyatda gördükləri də təsir göstərir. Misal üçün qeyd edək ki, övladlarımız hər gün televiziyada şou proqramlarını daha çox görürlər, nəinki Qarabağ və ya hərbi vətənpərvərlik barədə mövzuları.

Amma məsələ təkcə bu deyil. Bir qədər də məmur biganəliyi var.

Təsəvvür edin ki, paytaxt Bakının Nərimanov rayonu ərazisində, elə düz Nərimanov rayon İcra Hakimiyyətinə bitişik Qarabağ adlı küçə var. Keçmiş SSRİ dönəmində adı Spandaryan olub. Bilmirik həmin dövr bu küçənin durumu necə imiş, amma indi bərbad gündədir. Nə Qarabağın adına yaraşır, nə də Nərimanov rayon İcra Hakimiyyətinin. Bu yəqindir ki, icra başçısı hər səhər işə gələndə nə bu küçədən, nə də onun kəsişməsindən istifadə etmir. Əgər istifadə etsəydi, küçənin dağılmış asfalt örtüyünü, sınıq-salxaq hətə qapılarını, evlərin ovulub tökülmüş divarlarını görər və dərhal tapşırıq verərdi ki, küçə Qarabağın adına uyğun şəkildə abadlaşdırılsın. 

Sözügedən küçə elə də böyük deyil. Cəmi-cümlətan 900 metr uzunluğu var. Yəni Qarabağa sevgimiz 900 metr də etmir? Təklif edərdik ki, paytaxt Bakının əsas küçə və ya prospektlərindən biri, yada bir hissəsi Qarabağ adlandırılsın.

Son olaraq onu da qeyd edək ki, ermənilərin işğal etdikləri və utanmaz-utanmaz adını "Artsax" qoyduqları Qarabağımızın üçün Ermənistanın paytaxtı İrəvanda 4300 metrlik prospekt var. İrəvanın ən böyük prsopektlərindən sayılır.

Aqil Mehdi

Şəhriyar Səmədov

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 07:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com