Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2018
15:51
4113
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 35-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

35- ÖZÜMDƏN SONRA İZ QOYMALIYAM

İnsanlar yaşadıqları həyatı başa düşüb mənalandırma nöqtəsində aldandıqları digər bir mövzu da özlərindən sonra ölümsüz əsərlər və izlər qoymaq səhvidir.

Həqiqətən, Allah öz yolunda ixlasla xeyir və sülhməramlı davranışlar nümayiş etdirərək insanlara fayda verən və özündən sonra xeyirli izlər buraxan qullarından razı olacaqdır. Amma inanclı insanların görəcəyi işlər, bir gün yox olub gedəcək olan bu dünya həyatında iz qoymaq, ya da özündən sonra da adını yaşatmaq üçün deyil, Allahın razılığını və axirəti qazanmaq üçün edilir. Qurani-Kərim də bu məsələyə diqqətimizi çəkir: “Cah-cəlallı qəsrlər tikirsiniz, sanki əbədi qalacaqsınız?!” (“Şüəra” surəsi, ayə 129)

Şübhəsiz, ayədə tənqid edilən şey insanların cah-cəlallı qəsrlər tikməsi deyil, bunun sayəsində adlarının özlərindən sonra da anılmasını, yəni ölümsüzləşməsini istəmələridir. Halbuki, yer üzündəki hər şey eynilə onları inşa etdirənlər kimi gəlib keçicidir. Əbədi olan isə insanın Allahın razılığını qazanmaq üçün gördüyü və özündən sonra qoyub getdiyi xeyirli iş və əsərlərdir.

“Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən, sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır).” (“Ğafir” surisi, ayə 39)

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
1074

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
683

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1256

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1164

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3384

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 15:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru