Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
15:59
Bakı-Sumqayıt yolunda 18 marşrutun hərəkəti dəyişdirilib

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib. 

Bakı Nəqliyyat Agentliyindən FaktXeber.com-a verilən məlumata görə, dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.

Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.

67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində  asfalt örtüyünün yenilənməsi və üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, bu səbəbdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Hərəkət istiqaməti  Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Məqalədə : Bakı-Sumqayıt yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
138

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
176

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
326

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
154

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
175

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
275

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
407

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
287
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 23:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru