Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
14:54
3888
İyul ayı üzrə pensiyaların maliyyələşdirilməsi tam yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini yekunlaşdırıb. 

Bu barədə FaktXəbər-ə nazirlikdən məlumat verilib

Pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.

İyulun 24-də isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə maliyyələşdirilməsi başa çatdırılıb.

Məlumat üçün bildirək ki, bu kateqoriyadan olan və 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında yenidən hesablanaraq artırılıb. Artımlar cari ilin ötən dövründə onların çalışdıqları müvafiq sahələr üzrə əmək haqqında artımların edildiyi vaxtdan hesablanıb və toplam halda iyul ayının pensiyası ilə birgə onların pensiya hesablarına köçürülüb.

Məqalədə : Sosial Müdafiə Fondu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
336

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
228

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
210

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
240

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
230

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
296

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
242

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 20:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru