Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2018
13:51
İlqar Məmmədov-un məhkəməsinin vaxtı açıqlanıb

REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

FaktXəbər-in məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev bildirib.

O, işə 10 avqust tarixində Şəki Apellyasiya Məhkəməsində baxılacağını deyib.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu İ. Məmmədov barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunur. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Şəki Apellyasiya Məhkəməsinə müraciət edib, lakin şikayət təmin olunmayıb. Bundan sonra İ. Məmmədov kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ. Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Məqalədə : İlqar Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18283

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16912

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18287

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17856

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23340

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17791

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17915
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru