
Azərbaycan İslam Partiyasının (AİP) lideri Hacı Mövsüm Səmədov Gəncə hadisələrinə münasibət bildirib. Mövsüm Səmədov məlum olaylarla bağlı qeyd edib ki, o, zorakılığın və şəxsi qərarlar və təşəbbüslər əsasında kiminsə cəzalandırılmasının əleyhinədir: “Yunis Səfərovun bu hərəkəti qanuna ziddir. Zorakılığın və öz-özünə qərar çıxarmağın əleyhinəyəm. Çünki bu cür hadisələr ölkədə anarxiyaya gətirib çıxarır. Bundan öncə də İsmayıllı və Qubada bənzər hadisələr baş vermişdi. Məmurların özbaşınalığı, rüşvət və korrupsiyaya bulaşmaları, əhaliyə xidmət etmək əvəzinə onlara zülm vermələri, sonda bu cür hadisələrin baş verməsinə səbəb oldu. Təkcə Gəncə icra başçısının deyil, demək olar ki, ölkə məmurlarının böyük əksəriyyətinin xalqla pis rəftarı belə hadisələrə rəvac verir. Hakimiyyət bu hadisələrin səbəbini ölkə xaricində deyil, öz yürütdüyü siyasətdə axtarmalıdır. Yəni bu hadisələr hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Çünki Gəncənin icra başçısı Elmar Vəliyev xalqın əmlakını talayıb, insanları, o cümlədən şəhid anasını təhqir etməkdən çəkinməyib. Bu hadisələrin daha da ağır forma almaması üçün, hakimiyyət ciddi addımlar atmalıdır. “
Mingəçevirdə baş verən hadisələr və ölkənin bir gecədə qaranlığa qərq olması hadisəsinə də münasibət bildirən AİP lideri bunları söyləyib:
“Azərbaycanın təhlükəsizliyinə təhdid mövcuddur. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsidir. 2011-ci ildə enerji təhlükəsizliyinə ayrılan 2, 5 milyard vəsaitdən 1,5 milyarddan çoxunun Azərenerji ASC-nin rəhbəri Etibar Piriverdiyev tərəfindən mənimsənilməsi haqda mətbuatda məlumat dərc olunmuşdu. Lakin bu haqda hökumət heç bir tədbir görmədi. Bundan əlavə məlum hadisələrlə bağlı siyasi partiyalar, ictimaiyyət nümayəndələri ayrı-ayrılıqda mövqe sərgiləsələr də, birgə müzakirələrə qoşulmadılar. Mən din xadimlərinin, siyasi partiya mənsublarının və ictimaiyyət nümayəndələrinin birgə və geniş müzakirələr aparmasının tərəfdarıyam və bunu vacib hesab edirəm.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
14-03-2020 16:34 AİP sədri Mövsüm Səmədov Azərbaycan xalqını təbrik edib
13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
06-02-2020 16:25 AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
14-01-2020 14:01 AİP sədri Mövsüm Səmədov: Qarabağ müharibəsində Süleymani ordumuza kömək edib
02-01-2020 12:13 AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi