Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2018
10:49
Elmar Məmmədyarov: Ermənistan bizdən xahiş etdi ki...

Azərbaycanda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Cavuşoğlu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirib. Konffransda jurnalistlərin sualları cavablandırılıb.

FaktXəbər-in məlumatına görə, nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd etdilər. Elmar Məmmədyarov bildirdi ki, ölkə rəhbərləri, həm də nazirlərimizin seçildikdən sonra ilk səfərlərini müvafiq olaraq məhz Türkiyə və Azərbaycana etmələri sevindirici haldır.

"Baxmayaraq ki, biz bir-iki həftə öncə Bruseldə NATO sammiti çərçivəsində görüşərkən xeyli söhbət etmişdik, bugün də biz təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlər keçirdik. Bakı-Tibilisi-Kars dəmir yolunu daha da canlandırmaq və tam şəkildə istifadə olunması yollarını müzakirə etdik və bu istiqamətdə geniş fikir mübadiləsi apardıq. Artıq TANAP fəaliyyətə başlayıb. Bu xüsusda əməkdaşlığın davam etdirilməsi məsələlərini də nəzərdən keçirdik. Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunduq. Mevlüt bəy vaxtilə Avropa Şurasının Parlament Assambleyasına rəhbərlik edirdi və bugün bizim görüşdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov da iştirak edirdi. Bu təşkilat çərçivəsində işin qurulma mexanizmi istiqamətində geniş müzkirələr apardıq", - deyə Məmmədyarov bildirdi.

"Bakı-Tibilisi-Kars dəmir yolunun keçən ilin sonunda açılışı oldu. Hal-hazırda, bu xəttə vəziyyət necədir? Sərnişinlərin daşımaları nə zaman həyata keçirilə bilər" sualını cavablandıran Elmar Məmmədyarov bildirdi ki, Bakı-Tibilisi-Kars dəmir yolu barədə bugün çox dərin müzakirələr aparılıb, o cümlədən Əfqanıstana yük daşımaları məsələsinə toxunulub; "Bilirsiniz ki, Əfqanistan önəmli ölkədir və yüklərin daşınmasında çətinlik çəkir. BTK dəmir yolu ən qısa yoldur və Orta Asiya və Əfqanistana qoşulmanın etibarlı yoludur.

BTK dəmir yolu vasitəsilə biz Qazaxıstana, Özbəkistana və eləcə də Əfqənistana yüklərin daşıma məsələlərini müzakirə etdik. Bu istiqamətdə əlbəttə ki, Türkiyə və Azərbaycan birlikdə öz səylərini daha da gücləndirməlidir. Sərnişin daşıma məsələsi də olmalıdır lakin, bu məqsədlə yeni vaqon və lokomotivlər alına bilər. Ümudvarıq ki, sərnişinlər də bundan istifadə edə biləcək."

Daha sonra Ermənistan rəhbərliyi çərçivəsində görüşlərin keçirilmə məsələsi barədə danışan Elmar Məmmədyarov belə görüşün planlaşdırıldığını qeyd etdi: "Bruseldə görüşəndə 4 saata yaxın müzakirələr apardıq. Əlbəttə ki, qarşı tərəfə vaxt lazımdır ki, həm vəziyyət həm də sənədlərlə bağlı məlumatları dərindən öyrənsin. Ancaq çox güman ki, sentyabr ayında görüş keçirəcəyik. Həmsədrlərlə birlikdə qərara gəlmişik ki, BMT-nin Baş Assambleyasının iclası çərçivəsində görüş olsun. Bu barədə təklif var idi. Görüş bu iclasdan öncədə baş tuta bilər. Mən öz tərəfimdən dedim ki, Azərbaycan tərəfi substantiv və intensiv danışıqların davam etdirilməsinin tərəfdarıdır. Mən mövcud formatda və çərçivədə görüşün keçirilməsinə hazıram. Lakin Azərbaycan tərəfi üçün bu danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəticə yönümlü olması vacibdir. Yüksək səviyyəli görüşlərə gəldikdə isə məsələn, prezidentlər səviyyəsində, ya da baş nazirlərin səviyyəsində olan görüşlər üçün Ermənistan tərəfi danışıqların necə və hansı müstəvidə aparılmasını daha dərindən öyrənmək üçün bir qədər vaxt verilməsini xahiş etdi."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elmar Məmmədyarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com