Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
16:53
2196
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan FaktXəbər-ə verilən məlumata görə, toplantını çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib. Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb. «2018-ci ilin mart ayının 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi. Qurultay Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsinə dair qərar çıxardı. Buna müvafiq olaraq ali məclisdə İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi seçildi. Hesab edirəm ki, ötən müddətdə yeni tərkibdə təmsil olunan həmkarlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. İstər Mətbuat Şurasının tədbirlərində, keçirdiyi iclaslarda, istərsə də fərdi qaydada fikir və düşüncələrini bölüşməklə vətəndaş cəmiyyəti quruculuğu prosesinə özlərinin layiqli töhfələrini verdilər. Buna görə İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm», - deyə Ə.Amaşov vurğulayıb.

Ə.Amaşov həmçinin Şuranın Gəncə hadisələrinin dövlətçilik maraqları baxımından işıqlandırılmasına görə, KİV-lərə qurumun adından təşəkkürünü bildirib. 

Məqalədə : Mətbuat Şurası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
54

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
96

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
84

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
147

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
125

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
205

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
189

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
181
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 13:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru