Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2018
16:01
Netanyahu: Türkiyə Ərdoğanla qaranlıq diktaturaya gedir

İsrail rejiminin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının qrup toplantısında Knessetin "Yəhudi Milli Dövləti" qanununu qəbul etməsinə qarşı sərt çıxışının onlar üçün ən böyük kompliment olduğunu deyib.

FaktXəbər-in məlumatına görə, Netanyahu daha sonra AK Partiya başqanı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "demokratiya çempionu" adlandırıb.

Netanyahu Ərdoğanın rəhbərliyi altında Türkiyənin qaranlıq diktatorluğa çevrildiyi, İsrail isə vətəndaşlarının tam hüquqlarını qanundan əvvəl də qanundan sonra da qoruduğunu söyləyib.

Daha sonra Netanyahu bildirib ki, Ərdoğan suriyalıları və kürdləri qətlə yetirir, öz vətəndaşlarını həbsə atır.

Qeyd edək ki, Ərdoğan bugünkü çıxışında Knessetində qəbul edilən qanunla bağlı danışaraq, "bu qanun İsrailin dünyadakı ən sionist, ən faşist, ən irqçi dövlət olduğunun heç bir şübhəyə yer verməyəcək şəkildə sübutudur", - deyə bildirib:  "İslam dünyasını, xristian aləmini, dünyadakı demokratik və azadlıqsevər bütün dövlətləri, təşkilatları, qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm."

Prezident Ərdoğan, "Hitlerin ari irq aludəçiliyi ilə İsrail rəhbərliyinin bu qədim torpaqları təkcə yəhudilərə aid edən anlayış arasında heç bir fərq yoxdur. Dünyanı böyük bir fəlakətə sürükləyən Hitlerin ruhu, İsrailin bəzi rəhbərləri arasında yenidən xortlammışdır", - deyə qeyd edib.

Məqalədə : Netanyahu Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46695

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
44895

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46500

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46105

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51616

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45765

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 00:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru