Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
11:27
2216
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Cari ilin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 85,53 milyon manat və ya 4,7 faiz artaraq 1907,91 milyon manata çatıb.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə Fonda daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz və ya 88,18 milyon manat artaraq 1093,74 milyon manat təşkil edib və bu sahədə yarımillik proqnoza 103,6 faiz əməl olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən büdcə təşkilatları üzrə daxilolmalar 7,9 faiz və ya 29,46 milyon manat çoxalaraq, 402,34 milyon manat olub və nəticədə bu bənd üzrə proqnoz 104,6 faiz icra edilib. Müqayisə dövründə qeyri-büdcə sektoru üzrə isə Fonda daxilolmalar 9,3 faiz və ya 58,72 milyon manat artaraq 691,4 milyon manat olub. Həmin sektordan daxilolmalar sosial sığorta haqları üzrə daxilolmaların 63,2 faizini təşkil edib.

Qeyd olunan dövrdə qeyri-büdcə sektorunun tərkib hissəsi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (o cümlədən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərdən) keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 4,86 milyon manat çox vəsaitin toplanmasına nail olunub. Fondun sair gəlirləri (maliyyə sanksiyası, sanatoriya-kurort yollayışlarının qismən dəyəri) üzrə daxilolmalar da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,74 milyon manat və ya 21,57 faiz artıb.

Fondun gəlirlərinin artırılması, debitor borclarının azaldılması məqsədilə mərkəzləşdirilmiş elektron sərəncam qoyuluşları həyata keçirilib.

Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artımı nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə Fondun xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayırmalardan 3,4 milyon manat (və ya 0,42 faiz) az istifadə edilib.

Fonda daxilolmalarının artım səviyyəsi pensiya və müavinətlərin hər ay vaxtında maliyyələşdirilməsinə imkan verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
687

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
827

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
655

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
681

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
334

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
654

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
670

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
674
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 11:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru