Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
15:45
Bakıda yeni marşrut xətləri yaxın vaxtlarda işə düşəcək

Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi eyni zamanda balansı artırmaq üçün 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.

Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BakuBus marşrut 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 05:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com